SON XƏBƏRLƏR

Bir il ərzində yetkinlik yaşına çatmayan 26 min qız evləndirilib

2023.10.20, 12:14
Bir il ərzində yetkinlik yaşına çatmayan 26 min qız evləndirilib

İranın Statistika Mərkəzinin hesabatına əsasən ötən ilin Qışından hazıradək yaşları 15 -dən az olan 26 min qız evləndirilib.

Gunaz.tv

Bu uşaq analardan 1300 körpə doğulub və ötən statistikaya nisbət artıb. 

Həmçinin onlardan 200 nəfəri boşanıb. Orta hesabla İranda illik 135 min 18 yaşından az qızın nikahı qeydə alınır. Onlardan 1700 nikah 13 yaşdan az qız uşaqlarına aiddir.

Beynəlxalq normalara əsasən 18 yaşından az evləndirilmiş qızlara uşaq nikahı deyilir və yaxud uşaq-yoldaş hesab olunur. 

Lakin İranın qanunlarına əsasən, 13 yaşdan az qızların evlənməsi “valideynin icazəsi” və yaxud “məhkəmənin qərarı” ilə mümkündür. 

İran hakimiyyəti bir neçə ildir ki, cəmiyyətin gəncləşməsi adı ilə evlənməyi və uşaq doğuşunu təbliğ edir. 

“Hakimiyyət bu məsələnin hansı sosial problemlərə gətirib çıxaracağına laqeyd yanaşır. Bir sıra məsuliyyət daşıyan rəsmilər keçmiş çağlarda uşaq nikahında heç bir problem yaranmadığını deyillər. 

Sosial məsələlərə bu tərz qeyri-elmi və yanlış yanaşma nəticəsində qızların taleyi, cismi, psixi və sosial sağlamlıqları təhlükəyə məruz qalır.”- deyə həkim sosioloq Simin Kazimi vurğulayıb.
W1siZiIsIjIwMTgvMTIvMTUvMDkvNDUvMDgvNTE2NjhkNmYtMjRhYy00Njg5LThlMDQtMGZiZjA4OWUyYTJmL2Vya2VuIG5pa2FoLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDEzIyJdXQ?sha=386b8fbadbf3139b

Beynəlxalq Əfv Təşkilatı İranı uşaqların hüquqlarını pozmaqda ittiham edərək, uşaq nikahını insan haqlarının pozulması olaraq qiymətləndirməklə, nikah yaşını 18-ə artırılmasını tələb edib.

Məlumatlara əsasən, qızcığazların evləndirilməsi nəticəsində onlarda xeyli problemlər törənir. O cümlədən, fiziki hazırlıqları olmadığına görə doğuşda ölənlər olur və yaxud yetkinliyə qədər uşaqlıq prosesləri qısır qaldığı səbəbindən psixi sarsıntıya məruz qalırlar. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar