SON XƏBƏRLƏR

İranda yəhudilərə qarşı təbliğatı gücləndi

2023.10.20, 13:33
İranda yəhudilərə qarşı təbliğatı gücləndi

İran mediası və sosial media şəbəkəsində antisemitizm təbliğatı gücləndirilib və yəhudilər iranlılara qarşı soyqırım törətdikləri barədə materiallar yayılır.

Gunaz.tv

Bu barədə əksər media orqanlarında məlumatlar paylaşılır.

Məlumatlarda yəhudilərin hər ilin 8 mart tarixində keçirdikləri "Purim" bayramının mahiyyəti təhrif edilir.

İran mediası "Purim" bayramını əhmənilər dövründə 76 min iranlının yəhudilərin əli ilə öldürüldüyü gün kimi qələmə verir.

Qeyd edək ki, İranda təxminən 110 min civarında yaşayan yəhudinin əksəriyyəti 1979-cu il inqilabından sonra ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan təxminən 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalıb, başqaları isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşirlər.

Onların sərbəst yaşayış və işləmək hüquqları yox səviyyəsindədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar