SON XƏBƏRLƏR

365 kvadrat kilometrlik Qəzzada 500 kilometr tunel var

2023.10.21, 13:25
365 kvadrat kilometrlik Qəzzada 500 kilometr tunel var

İsrail qarşıdakı günlərdə əməliyyata başlasa, Qəzzanın altında iç-içə olan minlərlə tunelə qarşı döyüşməli olacaq.

Gunaz.tv

Tunellərin çoxu 30 metr dərinlikdə yeləşir və onlarla məxfi çıxışlara malikdir. 

İsrail bu tunelləri “Qəzzanın metrosu” adlandırır. HƏMAS üçün isə hücum və müdafiə üzrə həyati bir məsələ sayılır və onlardan silahların, o cümlədən raketlərin daşınması, depolanması, təlim və İsrail qüvvələrindən qaçmaq üçün istifadə edir. 
تونل‌های زیرزمینی حماس در غزه

Belə bir həcmdə tunellər şəhər vəziyyətində müharibənin min bir problemini daha da kəskinləşdirir.

Bu səbəbdən baş nazir Netnayahu HƏMAS-la “müharibənin uzanacağını və çətin olacağını” deyib. 
تونل‌های زیرزمینی حماس در غزه

Tunellərdə həmçinin İsrailin müasir təhlükəsizlik xidmətlərinin gözündən yayınan və hava hücumları ilə dağıdıla bilməyən hərbi postlar mövcuddur.

İsrail həmin tunellər səbəbindən mülki vətəndaşların Qəzzanı boşaltmağı tələb edib.

Qəzza bölgəsi Yer üzərində cəmiyyətin ən sıx yaşadığı məkanlardan biri olaraq 365 kvadrat kilometrdə 2 milyon insan yaşayır.
 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar