SON XƏBƏRLƏR

İranlı nazir Ermənistana gəldi

2023.10.23, 11:39
İranlı nazir Ermənistana gəldi

Oktyabrın 23-ü İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş danışıqlar aparmaq üçün Ermənistana səfər edib.

Gunaz.tv

Bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də gəlib. 

İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.

Bir günlük səfərdə o, Şimal-Cənub dəhlizinin və Qara dənizə İran körfəzi dəhlizinin bir hissəsi kimi Aqarək-Kacaran yolunun tikintisinə dair müqavilənin imzalanması mərasimi və nəqliyyat sahəsində əməkdaşlıq genişləndirilməsi ilə bağlı danışıqlarda iştirak edəcək. 

Bəzrpaş, Ermənistanın  baş nazir Nikol Paşinyan, regional idarəetmə və infrastruktur naziri Qanel Sanusyan və Ermənistanın iqtisadiyyat naziri Vahan Karubiyan ilə görüşəcək.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar