SON XƏBƏRLƏR

Qəzza zolağındakı xəstəxanalarda tibbi ləvazimatlar və yanacaq böhranı yaşanır

2023.10.23, 15:42
Qəzza zolağındakı xəstəxanalarda tibbi ləvazimatlar və yanacaq böhranı yaşanır

Qəzza zolağındakı xəstəxanalarda tibbi ləvazimatlar və yanacaq böhranı yaşanır. Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

Məlumata əsasən, cərrahiyyə əməliyyatları zamanı istifadə olunan keyiləşdirici preparatlar tükəndiyinə görə hazırda əməliyyata ehtiyacı olanların müalicəsi anesteziya tətbiq olunmadan aparılır.

Yaralıların arasında xeyli sayda uşaq olduğu qeyd olunub.

Həmçinin, əlavə olunub ki, bütün xəstəxanaların yanacağı tükənib. İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində yanacaq çatışmazlığı səbəbindən 12 xəstəxana və 32 tibb mərkəzi fəaliyyətini dayandırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar