SON XƏBƏRLƏR

İsrail ordusu son sutkada HƏMAS-ın 400-dən çox obyektinə hücum edib

2023.10.24, 10:21
İsrail ordusu son sutkada HƏMAS-ın 400-dən çox obyektinə hücum edib

İsrail Müdafiə Ordusu son sutkada Qəzza zolağında HƏMAS-ın 400-dən çox obyektinə hücum edib. Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Gunaz.tv

Qeyd olunub ki, zərbələr nəticəsində HƏMAS-ın bir neçə komandiri məhv edilib.

Həmin komandirlərin adı və vəzifələri hələ ki açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar