SON XƏBƏRLƏR

Con Kirbi: "Yaxın Şərqdə Amerika hərbi bazalarına hücumlarda İran rol oynayır"

2023.10.24, 16:51
Con Kirbi: "Yaxın Şərqdə Amerika hərbi bazalarına hücumlarda İran rol oynayır"

Silahlı qruplaşmaların Amerikanın Yaxın Şərqdəki maraqlarına və qüvvələrinə hücum etməyə davam etdi bir vaxtda, Ağ Evin sözçüsü Con Kirbi deyib ki, İran bu hücumlara fəal kömək edir.

Gunaz.tv

O, bu barədə media nümayəndələri ilə görüşündə bildirib.

"Bu qruplaşmalr SEPAH və İran rejimi tərəfindən dəstəklənir. Bilirik ki, İran HƏMAS və Hizbullahı dəstəkləməyə davam edir. Və biz əminik ki, İran bu hadisələri yaxından izləyir və bəzi hallarda bu hücumlara fəal kömək edir. Bu [İsrail-HƏMAS] münaqişəsindən öz mənfəətləri və ya İranın xeyrinə istifadə etmək istəyən başqa qruplaşmaları qızışdırır",- Kirbi qeyd edib.

Con Kirbi son bir neçə həftədə və hətta son bir neçə gündə İrana bağlı qüvvələrin İraq və Suriyada yerləşən Amerika hərbçilərinə qarşı raket və dron hücumlarının artdığını açıqlayıb.

Yaxın günlərdə Amerika qüvvələrinə qarşı hücumların artacağını proqnozlaşdıran Con Kirbi, bu hücumların əhəmiyyətli dərəcədə artması ehtimalından dərin narahat olduqlarını vurğulayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar