SON XƏBƏRLƏR

BMT-nin İran üzrə özəl məruzəçisi qeyri-fars xalqların bütün tribunalardan məhrum edildiyini bildirib

2023.10.25, 11:07
BMT-nin İran üzrə özəl məruzəçisi qeyri-fars xalqların bütün tribunalardan məhrum edildiyini bildirib

BMT rəsmisinin hesabatına əsasən, İranda insan haqlarının acınacaqlı olduğunu vurğulanıb.

Gunaz.tv

İranda insan haqları üzrə BMT-nin özəl məruzəçisi Cavid Rahman bu ölkdə hüquqların acınacaqlı olduğu barədə hesabat təqdim edib.

“Etniklər sistemli ayrı-seçilik və təzyiqlərə məruz qalırlar. Onlar demokratik danışıqlar və islahat tələbləri üzrə bütün tribunalardan məhrum ediliblər. Ölkənin hüquqi və siyasi quruluşunda ciddi qüsurlar olduğuna görə demokratiya və islahat prosesləri məğlubiyyətə uğrayır.”-deyə məruzəçi bildirib. 

Rahmanın oktyabrın 24-də Umumi Yığncağın Üçüncü Komissiyasına təqdim edilmiş hesabatında etirazçılara aqressiv basqı, özbaşına saxlanılmaları, həbsə salınma, içkəncə, məhkum və edam edilmə barədə təfərrüatla məlumat verilib.

“2023-cü ilin bu gününə qədər azı 419 nəfər edam olunub. İran qadınlarının hüquqi durumu yaxşı deyil. Hicaba etiraz edənlərə ağır cəzalar çıxarılır. İran qadınları cinsi apartayda və ayrı-seçkiliyə məruz qalır.

 Həmçinin, vaxt ötdükcə basqılar daha da güclənə bilər. Qanunlarda təməl sərbəstliklər təmin olunmayınca İranda insan haqlarının pozulması prosedurası dəyişməyəcək”-deyə Cavid Rahman İranda insan haqları barədə vurğulayıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar