SON XƏBƏRLƏR

İranda osteoporoz xəstəliyinə yoluxma halları kəskin artıb

2023.10.25, 12:19
İranda osteoporoz xəstəliyinə yoluxma halları kəskin artıb

İranda osteoporoz (sümük əriməsi)  geniş yayılıb və yaşı 50-dən yuxarı olan iranlıların 60%-i bu xəstəlikdən əziyyət çəkir.

Gunaz.tv

Bu barədə Səhiyyə Nazirliyinin şöbə rəisi Fatimə Hacıvəlizadə bildirib.

"50 yaşdan yuxarı hər 3 qadından 1-də və 70 yaşdan yuxarı hər 5 kişidən birində osteoporozun səbəb olduğu sınıq problemi mövcuddur",- o, qeyd edib.

Hacıvəlizadə xəstəliyin yoxlanılması üçün dövlət mərkəzlərində yetərli cihazların olmadığını deyib.

"Xüsusi mərkəzlərdə isə müayinə və müalicə xərcləri baha olduğuna görə vətəndaşların çoxu problemin həllindən acızdır",- Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar