SON XƏBƏRLƏR

Paşinyan Ermənistanda Rusiyanı nüfuzdan salmağı əmr edib

2023.10.25, 12:57
Paşinyan Ermənistanda Rusiyanı nüfuzdan salmağı əmr edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Rusiyanı nüfuzdan salmağı əmr edib. Bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Gunaz.tv

Nəşrin sözlərinə görə, bir aylıq fasilədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri Paşinyanın rəhbərliyi ilə kollegiya iclası keçirib.

İclas zamanı Paşinyan və partiya üzvlərinin əsas müzakirə etdiyi məsələ hakimiyyətin qorunub saxlanması olub.

Ermənistan hökumətinin rəhbəri iclasda partiya yoldaşlarına deyib ki, ruslar onun əlindən hakimiyyəti almaq istəyir, bu səbəbdən hakimiyyəti saxlamaq üçün sərt və dəqiq addımlar atılmalıdır.

Paşinyan Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb.

Nəşr onu da əlavə edib ki, Paşinyan qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün resurslardan istifadə etməyi və anti-Rusiya tezislərinin istənilən platformada təbliğini əmr edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar