SON XƏBƏRLƏR

Amerikalı senator İrana zərbə endiriləcəyini dedi

2023.10.27, 12:16
Amerikalı senator İrana zərbə endiriləcəyini dedi

Respublikaçı senator Rik Skott İranın proksi qüvvələrinin Amerikanın bölgədəki bazalarına qarşı hücumlarının davam edəcəyi təqdirdə İrana ağır cavab veriləcəyini deyib.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında yazıb.

"İran ABŞ-a hücum etsə, Ayətullahın (Əli Xamənei nəzərdə tutulur.red) bütün sevdiklərini hədəf alacağıq.  Bilirsiniz ki, biz dəqiq hədəf alırıq. Gedin, Qasım Süleymanidən soruşun",- Skott xəbərdarlıq edib.

Bundan əvvəl isə ABŞ prezidenti Co Bayden də İranın hücumları ilə bu ölkəyə xəbərdarlıq edib.

Prezident bunun davam edəcəyi təqdirdə Tehran hökumətinə kəskin cavab veriləcəyi deyib. 

Bundan sonra Amerika hərbi hava qüvvələri SEPAH-ın Suriyanın şərqindəki bazalarına zərbələr endirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar