SON XƏBƏRLƏR

Peskov Moskvada səfərdə olan HƏMAS nümayəndələrinin Kremllə əlaqəsi olmadığını bəyan edib

2023.10.27, 14:00
Peskov Moskvada səfərdə olan HƏMAS nümayəndələrinin Kremllə əlaqəsi olmadığını bəyan edib

HƏMAS nümayəndə heyətinin Moskvada nə “Kreml proqramı” var, nə də Kremllə təması. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, HƏMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı Rusiya XİN-nin məlumat yaydığını xatırladıb.

Gunaz.tv

Kremlin sözçüsü vurğulayıb ki, rəsmi Moskva bütün tərəflərlə təmasları davam etdirir, o cümlədən İsraillə : "Fələstin-İsrail münaqişəsi bütün regionda gərginliyə səbəb olur.

Terrorizmin heç bir təzahürünə haqq qazandırmaq olmaz"

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi HƏMAS nümayəndə heyətinin Moskvaya səfərini terrora dəstək kimi qiymətləndirib.

Rusiyanın İsraildəki səfirliyi Rusiyanı terrorizmi dəstəkləməkdə ittiham etmək cəhdlərini qəbuledilməz adlandırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar