SON XƏBƏRLƏR

İran mediası İsrail-HƏMAS müharibəsindən Azərbaycana qarşı istifadə edir

2023.10.27, 15:26
İran mediası İsrail-HƏMAS müharibəsindən Azərbaycana qarşı istifadə edir

Oktyabrın 7-də HƏMAS silahlı qrupunun İsrrailə hücumundan sonra İran mediası Qərb ölkələri ilə yanaşı Azərbaycan Respublikasını da hədəf alıb.

Gunaz.tv

Bu qəbildən olan son materiallardan birini İranın "Mehr" xəbər agentliyi yayıb.

"Bakı nefti Qəzza uşaqlarının qatili" başlığı ilə paylaşılan alt yazılı videoda İsrail dövləti hərbi cinayətdə ittiham edilir və ona dəstək verən ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Agentlik İsrailin hərbi maşınının yanacağını Azərbaycanın təmin etdiyini iddia edir, Azərbaycanın Qəzzada öldürülənlərə görə günahkar olduğunu deyir.

Videoda Azərbaycan Prezidenti İlham Əliyevlə İsrail rəsmilərinin görüşləri göstərilir, Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirilir.

Bu, son günlər Azərbaycanla İran arasında münasibətlərin nisbətən yumuşalması, Azərbaycan mediasında İranla bağlı xoşbin materialların dərc edilməsi ilə eyni vaxta təsadüf edir. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar