SON XƏBƏRLƏR

Öldürülən yeniyetmə qızla bağlı sosial mediada kampaniya başladılıb

2023.10.28, 13:09
Öldürülən yeniyetmə qızla bağlı sosial mediada kampaniya başladılıb

Oktyabrın əvvəlində Tehran metrosunda "əxlaq polis" tərəfindən döyülən və 28 gün komada qaldıqdan sonra bu gün həyatını itirən Armita Gəravəndlə bağlı sosial mediada kampaniya başladılıb.

Gunaz.tv

Bu barədə iranlı sosial media fəalları bildiriblər.

Onlarla sosial media kanalında 16 yaşlı Armita Gəravəndin hökumət məmurları tərəfindən öldürüldüyü qeyd edilib,ikütləvi etiraz aksiyalarına çağırış edilib.

"Hökumətin iddialarına qəti inamsızlıq; “Ölüm” sözü düz deyil, Armita öldürülüb",- ifadəsi paylaşımların hamısında vurğulanıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Tehran metrosunda "əxlaq polisi" və metro nəzarətçiləri tərəfindən döyülən Armita Gəravənd "Fəcr" xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Onun döyülməsi və komaya düşməsi xəbərinin ictimailəşdirilməməsi üçün ailəsinə təzyiq göstərilib.

Timur

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar