SON XƏBƏRLƏR

İrana bağlı qüvvələrə görə Ərəbistan ordusu döyüş vəziyyətinə gətirilib

2023.10.31, 11:03
İrana bağlı qüvvələrə görə Ərəbistan ordusu döyüş vəziyyətinə gətirilib

Səudiyyə Ərəbistanının ordusu və hava hücumundan müdafiə sistemləri Yəməndəki İrana bağlı radikal “Ənsar Allah” hərəkatı (husilər) ilə toqquşmalardan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.

Gunaz.tv

Bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, müvafiq əmr bir müddət əvvəl üsyançıların Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə verilib.

Bunun digər səbəbi isə Yəmənlə sərhəddə yerləşən Cizan əyalətinin cənubunda üsyançılarla toqquşmalar nəticəsində 4 Səudiyyə əsgərinin həlak olmasıdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar