SON XƏBƏRLƏR

NATO-ya üzv ölkələr SEPAH-ı terrorçular siyahısına salmalıdırlar

2023.10.31, 13:46
NATO-ya üzv ölkələr SEPAH-ı terrorçular siyahısına salmalıdırlar

NATO Parlament Şurasının Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupu NATO-ya üzv dövlətlərə SEPAH-ı terrorçular siyahısına salmağı və İranın girov götürmə diplomatiyasına son qoymağı tövsiyə edən “İran və Yaxın Şərqdə geosiyasi dəyişikliklər” adlı hesabatı təsdiqləyib. 

Gunaz.tv

Bu barədə NATO Parlament Şurasının belçikalı nümayəndəsi Teo Franken məlumat verib.

İranda haqsız yerə həbs edilən məhbusların azadlığa buraxılması, Tehran hökumətinin hərbi nüvə proqramına son qoyulması, İranın terrora və Rusiyanın təcavüzünə dəstəyininin Şura tərəfindən qəbul edilməməsi hesabatda təsdiqlənən digər müddəalardır.

"Bu hesabatın təsdiqi mühüm addımdır, çünki NATO Parlament Şurası ilk dəfədir ki, İranla bağlı hesabatı təsdiqləyir və bu, İran xalqını unutmadığımızı göstərir",- Teo Franken bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar