SON XƏBƏRLƏR

Məktəblilərin zəhərləndirilmələri davam edir

2023.11.02, 11:50
Məktəblilərin zəhərləndirilmələri davam edir

Zənganın qızlar oxuyan məktəbində 67 məktəblinin zəhərlənməsindən bir neçə gün sonra bu gün noyabrın2-si İranşəhər şəhərində məktəblilərin zəhənrlənməsi bildirilib.

Gunaz.tv

Sistan və Bəluçistan Əyaləti İranşəhr rayonu Rəsulabad kəndinin qızlara məxsus məktəbində zəhərli qaz tənəffüsü səbəbindən şagirdlərin bəziləri müalicə mərkəzlərinə götürülüb.

Kənd əhalisi ötən il bəzi əyaltələrin məktəblərində eyni olayların olduğunu vurğulayaraq zəhərlənməni “kimyəvi həmlə” adlandırıb.

“Bu kimyəvi həmlədən sonra hərbi qüvvələr şagirdlərin valideyinin və kənd əhalisnin məktəbə yaxınlaşmalarına icazə verməyib.”-deyə hadisə şahidləri bildirib.

Mütəxəssislərin fikrincə, qız məktəblilərə qarşı bu olaylar “tamamilə planlaşdırımış hərəkətdir”. 

İranda 2022-ci ilin sentyabrından hakimiyyətə qarşı başlanmış “Qadın, Yaşam, Azadlıq” hərəkatında həmin il ölkənin xeyli şəhərlərində məhz qızlara məxsus orta məhkətblərdə kütləvi zəhərlənmələr başlamışdır.

Siyasi analitiklər bu olayların İran hakimiyyətinin qadınların hüquqları üzrə başlanamış hərəkata qarşı intiqam xarakteri daşıdığını bildiriblər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar