SON XƏBƏRLƏR

“Amerikanın sanksiyaları BMT-nin sanksiyalarından daha kəsərlidir”- iranlı siyasətçi

2023.11.02, 12:28
“Amerikanın sanksiyaları BMT-nin sanksiyalarından  daha kəsərlidir”- iranlı siyasətçi

İranın ötən 2 iqtidarında prezidentin birinci müavini olmuş İshaq Cahangiri Amerikanın sanksiyalarının BMT-nin sanksiyalarından daha kəsərli olduğunu deyib.

Gunaz.tv

İranın Quruculuq İcraçıları Partiyasının (حزب کارگزاران سازندگی ایران) təsisçilərindən olan Cahangiri partiyanın qurultaynda çıxışı zamanı sanksiyaların ölkə iqtisadiyyatına təsiri barədə danışıb.

“Hətta Çin və Rusiya Amerikanın sanksiyalarına qarşı 1 addım belə ata bilmirlər. Amerika sanksiya tətbiq edərsə ,BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarından daha kəsərli və effektlidir.”-deyə Cahangiri bildirib.

Dünya gedişatına, xüsusilə də insan haqlarına zidd hərəkətlərinə görə BMT-nin Təhlükəsizlik Şurası və ABŞ-nin İrana sanksiyaları nəticəsində bu ölkənin iqtisadiyatı iflic vəziyyətə düşüb.

Nəticədə, inflyasiya aylıq xarakter alaraq əhalinin məişəti ağırlaşıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar