SON XƏBƏRLƏR

Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçirilir

2023.11.03, 10:22
Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçirilir

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçirilir.

Gunaz.tv

“Türk Əsri” çağırışı altında keçirilən toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.

Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər.

Bundan başqa, regionda və onun hüdudlarında baş verən siyasi, iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edib. 

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar