SON XƏBƏRLƏR

Almaniya Azərbaycan və Ermənistanı danışıqları tezliklə bərpa etməyə çağırıb

2023.11.03, 14:40
Almaniya Azərbaycan və Ermənistanı danışıqları tezliklə bərpa etməyə çağırıb

“Qlobal Gateway” proqramında iştirak Azərbaycan və Ermənistanı bir-birinə yaxınlaşdıra bilər”. Bunu Almaniyanın xarici işlər naziri Annelena Berbok jurnalistlərə açıqlamasında deyib.

Gunaz.tv

O bildirib ki, Avropa İttifaqı, o cümlədən Almaniya İrəvan və Bakını dəstəkləməyə hazırdır: “Almaniya və Avropa İttifaqı Cənubi Qafqazdakı sabitlik üçün birgə işləmək istəyir”.

Nazirin sözlərinə görə, indi hər iki tərəf qarşılıqlı etimad yolunu tutmalıdır.

A.Berbok qeyd edib ki, Almaniya Bakı ilə İrəvan arasında danışıqların tezliklə bərpasına tərəfdardır: “Almaniya davamlı sülhün, regionun siyasi və iqtisadi şaxələndirilməsinin, Avropa ilə yaxşı münasibətlərin tərəfdarıdır.

Bölgədə etimadın və barışığın yaradılması çox vacibdir. Əsas məqsəd danışıqlar yolu ilə sülhün təmin olunmasıdır”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar