SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda etiraz aksiyası keçirilib

2023.11.03, 16:26
Sistan və Bəluçistanda etiraz aksiyası keçirilib

Sistan və Bəluçistan əyalətinin Zahidan və Xaş şəhərlərində həftəlik etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bəluc Fəallarının Kampaniyasının verdiyi məlumata görə, hər iki şəhərin küçələrində çoxsaylı xüsusi təyinatlı və polis qüvvələri yerləşdirilib.

Cümə namazı mərasimlərindən çıxanların yoxlanıldığı bildirilir.

Zahidan şəhərinin Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid bəluclardan şüar səsləndirmədən səssiz etiraz aksiyası keçirmələrini xahiş edib.

Hazırda Zahidan və Xaş şəhərlərində internet və mobil telefon operatorlarının məhdudlaşdırıldığı qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar