SON XƏBƏRLƏR

Amerikanın Nəsrullaha mesajı: Hizbullah əməliyyatını davam etdirərsə İranı bombardman edərik.

2023.11.04, 11:42
Amerikanın Nəsrullaha mesajı: Hizbullah əməliyyatını davam etdirərsə İranı bombardman edərik.

“Amerika mesaj göndərib ki, Hizbullah əməliyyatını davam etdirərsə İranı bombardman edərik.” bunu  Livan Hizbullahının baş katibi Həsən Nəsrulla HƏMAS-İsrail müharibəsindən sonra ilk çıxışında deyib.

Gunaz.tv

“Bizim Müqavimətimizi necə hədələməyə cəsarət edirsiz? Sizin Aralıq Dənizində gəmiləriniz bizi qorxuda bilməz, arxayın olun ki, onları vura bilərk.”-deyə Nəsrulla noyabrın 3-ü ilk video-çıxışında Amerikaya xitab olaraq deyib. 

Baş katib sözlərinin davamında əlavə edib: “Amerika bölgədə müharibənin qarşısını almaq istəyirsə İsrailin Qəzzaya həmləsini dayandırmalıdır. 

Livan cəbhəsində bütün ehtimallar var və qüvvələrimiz hər hansı varianta hazır olmalıdır. 

HƏMAS-ın zəfəri Livanın xeyrinədir. HƏMAS zəfər çalmalıdır. 

Hazırda 2 məqsədimiz var: Qəzzaya həmlənin dayanması və HƏMAS-ın zəfəri. Bölgədə hərbi birləşmələrə də təşşəkkürümü bildiriəm.” 

Qeyd edək ki, Hizbullah bir neçə gün öncə Noyabrın 3-ü günortadan sonrayadək Qəzzaya həmlənin dayandırılması tələbi ilə İsrailə xəbərdarlıq edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar