SON XƏBƏRLƏR

Fələstinli insan haqları aktivisti qətlə çağırışına görə saxlanılıb

2023.11.07, 12:31
Fələstinli insan haqları aktivisti qətlə çağırışına görə saxlanılıb

22 yaşlı fələstinli insan haqları aktivisti Əhd Təmimi İnstaqram hesabında İordon çayının qərbindəki mikrorayonlarda yaşayan yəhudilərin öldürülmələrinə çağırış edib.

Gunaz.tv

“Hitlerin yəhudilərlə etdiyi bizim onlara edəcəyimizlə müqayisədə toya gedəsidi. Fələstinə ayağınızı basın qanınızı içək.”-deyə Təmimi bir neçə gün öncə hesabında deyib.

Bu barədə BMT-nin Müşahidə Təşkilatının icra müdiri Hillel Nuer “X” sosial şəbəkəsində  münasibət bildirib.

“Ötən həftə Əhd Təmimi yəhudilərin şaqqalanmasına çağırıb. O, aqressiya və terrorizmi təbliğ etdiyinə görə saxlanılıb. Az müddət sonra bir sıra təşkilatlar onu günahsız insan haqları fəalı adlandırıb müdafiəsinə qalxacaq.”-deyə Hillel "X" şəbəkəsində yazıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar