SON XƏBƏRLƏR

ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

2023.12.15, 11:04
ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn ümid edir ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.

Gunaz.tv

O, bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

C. O`Brayn tərəflər arasındakı əsir mübadiləsini alqışlayıb: “Düşünürəm ki, iki ölkənin bir-biri ilə danışması və praktiki razılaşmalar əldə etməsi həqiqətən vacibdir. Əsirlər artıq öz evlərindədir”.

O, həmçinin iki ölkənin birgə bəyanatını da müsbət qiymətləndirib: “Hər iki tərəf sülhdə maraqlı olduğunu bildirib. Biz, eləcə də, Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarımız bu prosesə dəstək verməyə hazırıq.

İstərdik ki, bütün bunlar mümkün qədər tez bitsin. Çünki sülhün tezliklə əldə olunması çox faydalıdır”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar