SON XƏBƏRLƏR

İran hökuməti Sistan və Bəluçistanda əməliyyat keçirir

2023.12.15, 16:19
İran hökuməti Sistan və Bəluçistanda əməliyyat keçirir

Bu gün səhər saat 02-də Rask şəhərinin polis bölməsinə silahlı hücumdan sonra İran ordusu və SEPAH bölmələri bölgədə geniş əməliyyatlara başlayıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Pakistanla sərhəddə başlayan əməliyyata helikopterlər də cəlb olunub.

Hazırda Rask, İranşəhr, Sərbaz şəhərləri və ətraf bölgələrində kəşfiyyat PUA-ları və helikopterlərin intensiv uçuşu müşahidə edilir.

Qeyd edək ki, Rask şəhərinin polis bölməsinə hücum nəticəsində 12 polis əməkdaşı öldürülüb, 7 polis yaralanıb. Hücumun məsuliyyətini bəlucların silahlı "Ceyşül Ədl" qruplaşması öz üzərinə götürüb. Silahlı qruplaşmanın 2 üzvü öldürülüb, biri həbs edilib, biri isə qaçıb.

"Cüyşül Ədl" silahlı qruplaşması yaydığı bəyanatda rəsmi məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Tışkilat polis bölməsinə hücum zamanı və ondan sonrakı saatlarda 50 hökumət məmurunun öldürülüb və yaralandığını iddia edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar