SON XƏBƏRLƏR

Zahidanda Israili casusluqda ittiham edilən etnik bəluc edam olunub

2023.12.16, 12:29
Zahidanda Israili casusluqda ittiham edilən etnik bəluc edam olunub

Bu gün Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin həbsxanasında İsrailə casusluqda günahlandırılan məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İran məhkəməsinə bağlı "Mizan" saytı məlumat yayıb.

Edam edilən şəxsin kimliyi və nə vaxt həbs edildiyi barədə açıqlama verilməyib.

İnsan haqları fəalları bunun Sistan və Bəlucistanda baş verən davamlı etiraz aksiyalarının yatırılması üçün həyata keçirildiyini bildiriblər.

Onların dediyinə görə, hakimiyyət "İsrailə casusluq" ittihamına görə edam etməklə, əyalətdəki aksiyaları xarici ölkələrə, o cümlədən İsrailə bağlamağa cəhd edir.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, cari ilin 11 ayı ərzində İranda 707 məhkum edam edilib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar