SON XƏBƏRLƏR

İşğal zamanı dövlət qeydiyyatına alınmayan 47 abidə yer üzündən silinib

2023.12.18, 11:33
İşğal zamanı dövlət qeydiyyatına alınmayan 47 abidə yer üzündən silinib

“30 ilə yaxın torpaqlarımızın işğalı zamanı mədəni-tarixi abidələrimizə zərər vurulub. Bu illər ərzində Qarabağ və Şərqi Zəngəzurda toponimlərin adı dəyişdirilib, mədəni-tarixi irsimiz qanunsuz istismar edilib, erməni irsi kimi təqdim olunub”.

Gunaz.tv

 Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə ilk dəfə keçirilən “Mədəni İrs” Forumunun açılışında çıxışı zamanı deyib.

"Ermənistan ərazisindəki Azərbaycan irsi də saxtalaşdırılmanın qurbanıdır", - o bildirib.

Nazir müavini Qarabağ və Şərqi Zəngəzurda 705 tarixi-mədəni abidənin qeydiyyata alındığını əlavə edib: "Dövlət qeydiyyatına alınmayan çoxsaylı tarixi və arxeoloji abidələrimiz var ki, onlar işğal dövründə dağıntılara məruz qoyulub, 47 abidə yer üzündən silinib".

Səadət Yusifova 433 tarixi-mədəni abidəyə baxış keçirildiyini, dövlət qeydiyyatında olmayan 182 abidənin monitorinqinin aparıldığını bildirib: "Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır.

Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə ilk abidələrin bərpa edilməsi məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində mümkün olub.

Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərinə Heydər Əliyev Fondunun qatqısı əvəssizdir”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar