SON XƏBƏRLƏR

İsrailə kiber həmlə edənlərin kimlikləri ifşa olunub

2024.01.26, 15:53
İsrailə kiber həmlə edənlərin kimlikləri ifşa olunub

İranın Təhlükəsizlik Nazirliyinə bağlı və İsraildə mülki strukturlara həmlə edən kiber qrupunun kimlikləri bəlli olub.

Gunaz.tv

Müəyyən edilib ki, “Qara Kölgə” kiber qrupu İsrailin Ziv Xəstəxanasına kiber həmlədə məsuliyyət daşıyır. 

Hakerlər Tehranda yerləşən “Rahkarhaye Cəhətpərdaz” İnformasiya Texnologiyaları Cəmiyyəti adı ilə fəaliyyət göstərirlər. Qrupun əməliyyat ofisi Tehran şəhərinin iki küçəsində olmaqla, biri Nurməhəmmədi küçəsi, digəri Qənbərzadə dalanında yerləşir.

Məlumata əsasən, qrupun üzvlərindən Məhəmməd Müinian internet səhifələri , “Cavad Kaperfild” ləqəbi ilə tanınan Cavad Kənzəq süni intellekt, Məhəmməd Arian isə proqramyazma mütəxəssisləridir.  

Qrupun ən yeni həmləsi bir müddət əvvəl İsrailin Səfəd şəhərində yerləşən Ziv Xəstəxanasına olub. 

İsrailin Milli Kiber İdarəsi, Təhlüksizlik Təşkilatı və ordusu birgə araşdırma ilə müəyyən ediblər ki, xəstəxanaya həmlə İran və Hizbullahın ortaq əməliyyatı ilə edilib.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar