SON XƏBƏRLƏR

İranda seçkiləri boykota çağıran sosial media fəalları həbs edilib

2024.03.02, 11:50
İranda seçkiləri boykota çağıran sosial media fəalları həbs edilib

İranın Xorasan-i Rəzəvi əyalətində parlament seçkilərini boykota çağıran 11 sosial media kanalı bağlanıb.

Gunaz.tv

Bu barədə Polis Komandanlığının İnformasiya Təşkilatının Kiber Mərkəzi məlumat yayıb.

"Kanallar ictimai rəydə təşviş yaratmaq, hökumətə qarşı təbliğat və seçkilərdə iştirakdan imtinaya çağırış etdikləri üçün bağlanıblar",- məlumatda bildirilib.

Bununla yanaşı, sosial media kanallarını idarə edənlərin həbs edildiyi qeyd edilib.

Həbs edilənlərin kimliyi və sayı açıqlanmadan onlara qarşı cinayət işinin açılacağı deyilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar