SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat icbari hicaba riayət olunmadığına görə qadınların həbs olunmasını qınayıb

2024.03.06, 14:30
Beynəlxalq təşkilat icbari hicaba riayət olunmadığına görə qadınların həbs olunmasını qınayıb

Beynəlxalq Əfv Təşkilatı İran hakimiyyəti tərəfindən tətbiq olunan icbari hicaba riayət olunmadığına görə qadınların həbs edilməsi, şallaq vurulması və məcburi “etika” kursu keçirilməsini qınayıb.

Gunaz.tv

Təşkilat xəbərdarlıq edərək Dünya Qadınlar Günü ərəfəsində İranda qadınlara yeni basqı dalğasının başlandığını, o cümlədən ümumi məkanlarda qadın və qızlara nəzarətin gücləndirildiyini bildirib. 

Təşkilatın bu barədə martın 6-ı bəyanatında 46 nəfər şahidin ifadələrinə istinad olunub. 

Şahidələr və icbari hicaba məruz qalmış qadınların bildirmələrinə əsasən on minlərə qadının avtomobilləri sərbəst geyimlərinə görə zəbt olunub. 

Həmçinin bir sıra qadın həbsə və şallaq vurulmağa məhkum olunub. Digərləri cərimə ödəməyə və icbari “etika” kurslarında iştirak etməyə məcbur ediliblər. 

Əfv Təşkilatı bəyantın hazırlanmasında şahid kimi 41 qadının, 1 trans qadının, 1 qız və 4 kişinin ifadələrinə istinad etdiyini vurğulayıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar