SON XƏBƏRLƏR

Novruz bayramı səfərləri zamanı qəza nəticəsində yüzlərlə ölən var

2024.03.29, 13:24
Novruz bayramı səfərləri zamanı qəza nəticəsində yüzlərlə ölən var

İranın Polis İdarəsinin Tıxaca Nəzarət Mərkəzinin rəisi Əhməd Şirani martın 14-dən 28-dək yol qəzalarında 585 nəfərin öldüyünü bildirib.

Gunaz.tv

Şirani həmçinin Sistan və Bəluçistan, Kirman, İsfahan, Xozistan və Rəzəvi Xorasan əyalətləri yollarının İranın ən çox qəza törədən yolları olduğunu deyib. 

Onun açqıladığı məlumata istinadən həmin müddətdə 15 min 500 nəfər də qəza nəticəsində bədən xəsarəti alıb.

“iki həftə ərzində bu qədər ölüm və yaralı 16 min qəza nəticəsində olub”-deyə Şirani bildirib.

Xatırladaq ki, nəqliyyat və sürücülük üzrə mütəxəsisilərin fikrincə İranda yolların standart olmaması, ölkə isthesalı olunan avtomobillərin keyfiyyətsizliyi, həmçinin iqtisadi böhranın xalqın psixikasına təsirləri nəticəsindəölümlə nəticələnən qəzaların faizi artıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar