SON XƏBƏRLƏR

İran yollarında ölənlərin son sayı açıqlandı

2024.03.30, 13:19
İran yollarında ölənlərin son sayı açıqlandı

İranda Novruz bayramı tətili günlərində başverən yol nəqliyyat hadisələri zamanı ölən və yaralananların sayı açıqlanıb.

Gunaz.tv

Bu barədə İran Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, yol qəzaları zamanı 664 nəfər həyatını itirib, 20 minə yaxın insan yaralanıb.

Qeyd edək ki, ötən bir il ərzində İranda 19490 nəfər yol qəzaları nəticəsində ölüb.

Bunun əsas amillərindən biri kimi daxildə istehsal olunan avtomobillərin keyfiyyətsizliyi göstərilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar