SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbus komaya düşüb - Həyatı təhlükədədir

2024.05.24, 15:29
Azərbaycanlı siyasi məhbus komaya düşüb - Həyatı təhlükədədir

Ərdəbil şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyası keçirən siyasi məhbus Babək Dadbəxşin vəziyyəti ağırlaşdığına görə polis nəzarətinmdə xəstəxanaya köçütülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları onun ailəsinə istinadən məluma yayıb.

Bildirilib ki, barəsində çıxarılan ədalətsiz hökmə etiraz olaraq aprelin 14-dən aclığa əl atan məhbus huşunu itirib, həbsxananın tibb işçiləri onun durumunun ağır olmasına görə, xəstəxanaya köçütülməsini tövsiyə ediblər.

Hazırda Babək Dadbəxşin komada olduğu və həkimlər onun həyatının xilas edilib-edilməyəcəyi barədə dəqiq məlumat verə bilmədiklərin bildirilir.

Qeyd edək ki, təhlükəsizlik məmurları Babək Dadbəxşi 2018-ci ilin noyabr ayında Tehranda həbs ediblər.

"Müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq"da günahlandırılan azərbaycanlı məhbus 43 il azadlıqdan məhrum edilib.

O, həbs olunmazdan əvvəl evli və iki uşaq atası olub, həbs edildikdən sonra həyat yoldaşını və bir övladını qəza nəticəsində itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar