SON XƏBƏRLƏR

Cəlilinin vədlərindən biri yerinə yetirildi - ABŞ-yə qarşı sanksiya

2024.07.04, 10:10
Cəlilinin vədlərindən biri yerinə yetirildi - ABŞ-yə qarşı sanksiya

İyunun 3-də İran hökuməti 11 ABŞ rəsmisinə qarşı insan haqlarını pozduqları, repressiyalar və fələstinliləri dəstəkləyən etirazçılara qarşı kobud davranışlarına görə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İran İslam Respublikasının bütün qurumları, müvafiq orqanların təsdiqinə əsasən, bu sanksiyaların effektiv həyata keçirilməsi üçün lazımi tədbirləri görəcəklər",- nazirliyin məlumatında bildirilib.

İranın sanksiya tətbiq etdiyi amerikalıların əksəriyyəti təhlükəsizlik və polis qüvvələrində vəzifə tutan şəxslərdir.

ABŞ-yə qarşı sanksiyaların tətbiq edilməsi prezidentliyə namizəd radikal mühafizəkar siyasi cərəyana bağlı Səid Cəlilinin verdiyi vədlərdən biridir.

Onun "ABŞ-ni İrana qarşı sanksiyalar tətbiq etdiyinə görə peşman edəcəyi" barədə təhdidlərinin prezident seçilmədən əvvəl onu himayə edən hakimiyyət qurumları tərəfindən icra edilməyə başlanılıb. 

İranlı sosial media istifadəçiləri Tehranın bu əməlini istehza ilə "Amerikanın çöküşünün başlanğıcı" adlandırıb. İran hakimiyyətini "ABŞ-ni bağışlamağa" çağırıblar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar