SON XƏBƏRLƏR

Pezeşkian və Cəlilinin son reytinqi açıqlandı

2024.07.04, 13:03
Pezeşkian və Cəlilinin son reytinqi açıqlandı

Bu gün iyulun 4-ü İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günüdür.

Gunaz.tv

Sabah baş tutacaq seçkilərin ikinci turunda prezidentlik uğrunda iki namizəd – azərbaycanlı, sabiq səhiyyə naziri Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

Məsud Pezeşkian birinci turda 42,5%, İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 38,6 faiz səs toplayıb. Seçici aktivliyi 40 faiz olub.

İranın “Şenaxt” analitik mərkəzinin ikinci tur ərəfəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Pezeşkiana, 48 faizi isə Cəliliyə səs verməyə hazırlaşır. 

Respondentlərin cəmi 42%-i isə səsvermədə iştirak edəcəyini bildirib.

Nəticələrinin iyulun 6-da məlum olacağı gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar