SON XƏBƏRLƏR

ABŞ  daha bir İran şirkətinə sanksiya tətbiq etdi

2024.07.13, 09:50
ABŞ  daha bir İran şirkətinə sanksiya tətbiq etdi

ABŞ kimyəvi silahların hazırlanmasında iştirak etdiyi iddia edilən İran şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, İranda yerləşən “Həkiman Şərq” tədqiqat şirkətinə məhdudiyyətlər qoyulub.

Dövlət Departamenti onun kimyəvi silahların tədqiqi və inkişafı ilə məşğul olduğunu iddia edir.

"ABŞ bu şirkəti İslam Respublikasının kütləvi qırğın silahlarının yayılmasına maddi töhfə verən fəaliyyətlərdə və ya əməliyyatlarda iştirak etməyə cəhd etdiyinə görə sanksiya siyahısına daxil edir",- bəyanatda bildirilib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, İran kimyəvi silahlarla bağlı narahatlıqlar arasındadır və Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasından irəli gələn öhdəlikləri yerinə yetirmir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar