SON XƏBƏRLƏR

İranda epidemiya ilə bağlı xəbərdarlıq edildi

2024.07.15, 10:49
İranda epidemiya ilə bağlı xəbərdarlıq edildi

İranda danq qızdırmasının epidemik böhrana çevrilməkdə olduğu bildirib və ölkənin 40 şəhərinin danq qızdırmasının yayılması təhlükəsi barədə xəbərdarlıq edilib.

Gunaz.tv

Bu barədə Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəlikləri İdarəetmə Mərkəzinin rəhbəri Şəhram Ərşi məlumat yayıb.

O, hazırda Gilan, Mazandaran, Xuzistan və Sistan və Bəlucistan əyalətlərində dabg qızdırmasına yoluxan 148 nəfərin qeydə alındığı bildirib.

Qeyd edək ki, bundan əvvəl İran səhiyyə naziri Bəhram Eynullahi də bu barədə xəbərdarlıq edib.

"Bu xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir",- nazir bildirib.

Bir neçə gün əvvəl qızdırmaya yoluxanlardan 6-nın həlak olduğu bildirilsə də son günlər həyatını itirənlər barədə rəsmi açıqlama verilmir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar