SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı

2024.07.16, 15:29
Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı

İyulun 15-də Avropa Şurası İran hökumətinə qarşı sanksiyaların müddətini uzadıb.

Gunaz.tv

Bu barədə birliyin media hesabında məlumat verilib.

Bildirilib ki, sanksiyaların müddətinin uzadılması İranın Rusiyanın Ukraynaya hücumuna verdiyi hərbi dəstək, eləcə də Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qrupları himayə etməsi ilə bağlıdır.

İrana qarşı sanksiyalar bir il müddətinə, 27 iyul 2025-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, hər il nəzərdən keçirilən bu sanksiyalara 12 fiziki şəxs və 9 İran dövlət qurumu daxildir.

Sanksiyaya məruz qalan şəxslərin və qurumların Avropa Birliyindəki aktivləri dondurulur, onlarla əməliyyatlar qadağan edilir. 

Bu şəxslərin, eləcə də sanksiya tətbiq edilən qurumların rəhbərlərinin Avropa Birliyinə səfərlərinə icazə verilmir.

SEPAH-ın Xatəmül-Ənbiya qərargahı, pilotsuz təyyarələr istehsal edən Behrad Kavan Elektroniks şirkəti, SEPAH-ın dəniz donanması, müdafiə naziri, Qüds qüvvələrinin komandanı və İranın aviasiya sənayesinin rəhbərinin adı da bu siyahıya daxildir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar