SON XƏBƏRLƏR

Azərbaycanlı jurnalist cərimə cəzasına məhkum edildi

2024.07.17, 13:03
Azərbaycanlı jurnalist cərimə cəzasına məhkum edildi

Tehranda yaşayan azərbaycanl jurnalist və ictimai fəal Əsəl Dadaşlı 2022-ci ilin etiraz aksiyalarında iştirak edən gənc qız, Nika Şakərəminin məmurlar tərəfindən öldürüldüyü barədə məlumat yaydığına görə cəzalandırılıb.

Gunaz.tv

Bu barədə o özünün sosial media hesabında paylaşım edib.

Bildirilib ki, Tehran İkinci Cinayət Məhkəməsinin 1027 saylı şöbəsi "yalan məlumatlar yaymaq" ittihamına görə, Dadaşlını 6 milyon 600 min tümən (dövlət məzənnəsi ilə 160 dollar) cərimə ödəməyə məhkum edib.

Onunla yanaşı daha 4 jurnalist də oxşar məlumatları yaydıqlarına görə müxtəlif cəzalara məhkum ediliblər.

Xatırladaq ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər.

Hökumətin rəsmi məlumatında Nika Şakərəminin binadan yıxılaraq öldüyü iddia edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar