SON XƏBƏRLƏR

İlamda hökumət məmuru öldürülüb

2024.07.19, 10:52
İlamda hökumət məmuru öldürülüb

İranın İlam əyalətinin mərkəzi həbsxanasının keçmiş rəisi və məhbuslara qarşı münasibətə görə məşhurlaşan 44 yaşlı Səfdər Puladinin cəsədi Səmirə çayında aşkar edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Rəsmilər onun balıq tutmaq üçün çay sahilinə getdiyini və ehtiyatsızlıq ucbatından çaya yıxılaraq boğulduğunu iddia ediblər.

Qeyri-rəsmi mənbələr isə Səfdər Piladinin öldürülərək cəsədinin çaya atıldığını bildiriblər.

Ölüm səbəbinin dəqiqləşdirilməsi üçün həbsxana rəisinin meyiti Tibbi Ekspertiza İdarəsinə göndərilib.

Qeyd edək ki, Puladinin adı insan haqları təşkilatlarının repressiyalar və məhbuslara qarşı cinayətlərlə bağlı hesabatlarında çəkilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar