SON XƏBƏRLƏR

 İran rəhbərləri mühakimə olunmalıdır - Xavyer Miley

2024.07.20, 14:46
 İran rəhbərləri mühakimə olunmalıdır - Xavyer Miley

Argentina prezident İran liderlərinin mühakimə olunmasını istəyir

Gunaz.tv

Argentina Prezidenti Xavyer Miley, bu barədə Buenos-Ayresdəki yəhudi mərkəzinin partladılmasının 30-cu ildönümü ilə əlaqədar Ümumdünya Yəhudi Konqresinin paytaxtda keçirilən iclasındakı çıxışında deyib.

O, 1994-cü il ölkədə baş verən terror aktında (AMİA terror partlayışı) İran liderlərinin əli olduğunu bildirərək, onların mühakimə edilməsini tələb edib. 

"Biz terrora qarşı qəti və amansız olmalıyıq. Heç bir incə fərq yoxdur. Yalnız yaxşı və pis var",- Prezident söyləyib.

Xatırladaq ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar.

Hal-hazırda Argentinada 230 min yəhudinin yaşadığı, bu ölkənin İsraildən qıraqda yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkə olduğuna görə, onlar daima İranın terror  hədəflərindən biri olublar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar