SON XƏBƏRLƏR

Aedes ağcaqanadı Şərqi Azərbaycana da çatdı - Epidemiyanın yayılma təhlükəsi var

2024.07.22, 14:20
Aedes ağcaqanadı Şərqi Azərbaycana da çatdı - Epidemiyanın yayılma təhlükəsi var

Şərqi Azərbaycan əyalətinin Xudafərin rayonunda dang qızdırması amili olan Aedes ağcaqanadlarının mövcudluğu qeydə alınıb.

Gunaz.tv

Bu barədə Təbrizin Tibb Universitetinin rektoru Bəhmən Nəqipur deyib.

"Bu ağcaqanadın müşahidə olunması, virusa yoluxma barədə məlumat alınmadığı müddətcə, əyalətdə qızdırmanın yayılması demək deyil",- rektor xəstəliyin qeydə alınmadığını söyləyib.

Bir neçə gün əvvəl isə Aedes ağcaqanadlarının Biləsuvar rayonunda da qeydə alındığı, ancaq dang qızdırması barədə rəsmi məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl İran səhiyyə naziri Bəhram Eynullahi də bu barədə xəbərdarlıq edib.

"Bu xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir",- nazir bildirib.

Bir neçə gün əvvəl qızdırmaya yoluxanlardan 6-nın həlak olduğu bildirilsə də son günlər həyatını itirənlər barədə rəsmi açıqlama verilmir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar