SON XƏBƏRLƏR

İranda bütün dövlət idarələrində tətil elan edildi

2024.07.27, 12:22
İranda bütün dövlət idarələrində tətil elan edildi

İyulun 28-də İranın əksər bölgələrində bütün dövlət idarələri, o cümlədən banklar tətil elan edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, həmin gün havanın kəskin istiləşməsi səbəbindən idarələrdə iş dayandırılacaq.

Rəsmi məlumatda bunun vətəndaşların sağlamlığının təhlükəyə düşməməsi ilə əlaqəli olduğu bildirilib.

Qeyri-rəsmi mənbələr isə bunun elektrik enerjisindən istifadəyə qənaət məqsədi daşıdığını yazıblar.

Qeyd edək ki, son həftələr İranda elektrik enerjisi çatışmazlığı səbəbindən sənaye müəssisələrinin fəaliyyətində də problemlər yaranıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar