SON XƏBƏRLƏR

Qəzvində etiraz aksiyası keçirilib

2024.07.27, 14:14
Qəzvində etiraz aksiyası keçirilib

Qəzvin əyalətinin Takistan rayonunda etiraz aksiyası keçiriib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"Təravət novin" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən takistanlılar şəhər fərmandarlığı qarşısına toplaşıblar.

Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son 1 il ərzində bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar