SON XƏBƏRLƏR

Dünya turizm sahəsində İranın yeri məlum oldu

2024.07.30, 15:00
Dünya turizm sahəsində İranın yeri məlum oldu

Beynəlxalq təşkilatların apardıqları hesablamalara görə, "Turizm və Səyahətlərin İnkişafı" İndeksi siyahısında İran 119 ölkə arasında 73-cü yerdədir.

Gunaz.tv

Bu barədə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının İxtisaslaşdırılmış Komissiysı məlumat yayıb.

Hesablamalara görə, İranın qonşuları olan Birləşmiş Ərəb Əmirlikləri 18-ci, Türkiyə isə 29-cu pillədə qərarlaşıb.

Həmin siyahıda ABŞ birinci, Mali ölkəsi isə 119-cu yerdədir.

İran Yaxın Şərq və Şimali Afrika regionunda da turizm sahəsində ciddi mövqeyə malik deyil və 14 ölkə arasında 9-cu yeri tutur.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar