SON XƏBƏRLƏR

Pezeşkian Haniyə ilə bağlı paylaşım etdi

2024.07.31, 12:13
Pezeşkian Haniyə ilə bağlı paylaşım etdi

Bu gün İran özünün kədər və sevinc ortağı İsmayıl Haniyəniyə yas tutur. Dünən onun qalib əlini havaya qaldırmışdım, bu gün isə onun meyitini çiyinlərim üzərində son mənzilə aparmalıyam.

Gunaz.tv

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian özünün X hesabında yazıb.

O, İranın öz ərazi bütövlüyünü müdafiə edəcəyini bildirib.

M.Pezeşkian İran rəsmilərinin bəyanatlarını bir daha təkrar edib və Haniyəni öldürənlərdn qısas alınacağını, onların peşman ediləcəyini bildirib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Haniyənin öldürülməsinin İsrailin işi olduğu barədə iddialar səsləndirilsə də, rəsmi Təlaviv bununla bağlı hər hansı açıqlama verməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar