SON XƏBƏRLƏR

ABŞ Haniyənin ölümü ilə bağlı hadisədən xəbərdar olmayıb- Blinken

2024.07.31, 15:06
ABŞ Haniyənin ölümü ilə bağlı hadisədən xəbərdar olmayıb- Blinken

ABŞ HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən əvvəl bu barədə xəbərsiz olub və Vaşinqtonun bu işdə əli yoxdur.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin başçısı Antoni Blinkin deyib.

O, jurnalistlərin "Haniyənin ölümü hansı təsirlər edə və nələrə gətirib çıxara bilər?" sualına cavab olaraq:

"Biz bundan xəbərdar və ya iştirakıçı olmamışıq. Bunun nəyə gətirib çıxaracağı barədə təxmin etmək çox çətindir",- Blinkin bildirib.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar