SON XƏBƏRLƏR

Hakan Fidan İsraillə Livan arasında müharibə ehtimalından danışıb

2024.08.01, 08:07
Hakan Fidan İsraillə Livan arasında müharibə ehtimalından danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kanal 7 və Ülke TV-nin birgə canlı yayımında jurnalistlərin suallarını cavablandırıb.

Gunaz.tv

Canlı yayım zamanı Fidana yönləndirilən suallardan biri də İsrailin Baş naziri Binyamin Netanyahunun Livan məsələsində hansı addımı atacağı ilə bağlı olub.

Fidan İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı zamanı ayaq üstə alqışlanmasının və ABŞ-dan aldığı dəstəyin onu şübhəsiz hər zaman ruhlandıracağını vurğulayıb.

XİN rəhbəri daha sonra sözlərinə belə davam edib: "Məncə, Netanyahu bir şeyi çox yaxşı bilir ki, o, Amerikanı girov götürüb. Əgər Netanyahu Livanda müharibəyə başlasa, ABŞ-ın Netanyahunun arxasında dayanmaq xaricində heç bir yolu yoxdur."

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar