SON XƏBƏRLƏR

İrana bağlı pakistanlı ABŞ rəsmilərinə qarşı sui-qəsddə günahlandırılıb

2024.08.07, 10:22
İrana bağlı pakistanlı ABŞ rəsmilərinə qarşı sui-qəsddə günahlandırılıb

İran hökumətinə bağlı olan Pakistan vətəndaşı ABŞ siyasətçiləri və rəsmilərinə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edilib.

Gunaz.tv

Bu brədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 46 yaşlı Asif Mərçəntin əli olduğu terror planlarından biri zərərsizəşdirildikdən sonra, onun başqa terror aktları planlaşdırdığı da üzə çıxıb.

O, Qasım Süleymaninin qisasını almaq üçün ABŞ-da teror əməliyyatları törətmək üçün cinayətkar şəxləri cəlb etməyə çalışıb.

Pakistanlının ABŞ-in keçmiş Prezidenti Donald Trampın da öldürülməsini planlaşdırdığı bildirilib.

Amerikaya getmədən əvvəl bir müddət İranda qalan Asif Mərçənt cari ilin iyul ayının 17-də həbs edilib.

İranın BMT-dəki daimi nümayəndəliyi isə məsələ ilə bağlı verdiyi açıqlamada terror planlarındankı rolu barədə məlumatları təkzib edib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar