SON XƏBƏRLƏR

Zaxarova: Ermənistana qardaş dəstəyi bundan sonra da davam edəcək

2024.08.08, 10:26
Zaxarova: Ermənistana qardaş dəstəyi bundan sonra da davam edəcək

ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında yüzillərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur:

“O'Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər ABŞ tərəfinə xas olan geosiyasi manevrlərdən biridir. Əsas məqsəd dünya ictimaiyyətində Vaşinqtona xas olan “reallıq” barədə təsəvvür yaratmaqdır. ABŞ-nin ölkəmizlə Ermənistan arasındakı əlaqələri məruz qoyduğu sınaqlar uğursuzluqla nəticələnir. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar